kürəyi üstə qoymaq

to pin someone down / to pin someone to the floor / to get the other down / to have got someone beat (whipped) / to lick someone / to knock someone into a cocked hat / to have someone floored положить (класть, уложить) на обе лопатки
kürəyi qovuşmaq
kürəyindən çıxartmaq
OBASTAN VİKİ
Qar kürəyi
Qar kürəyi qar təmizləmək üçün istifadə edilən kürəkdir. Qar kürəkləri müxtəlif dizaynlardadır və hər biri qarı müxtəlif istiqamətdə aparmaq üçün düzəldilib. Qarı kürəklə təmizləmək sağlamlıq üçün təhlükəlidir, ancaq düzgün istifadə ediləndə insan sağlamlığına xeyirli ola bilər. İlk qar kürəyi Rusiyadakı çeyllikdə tapılıb, 6000 yaşı olduğu fikirləşilir, ağzı yonulmuş Cervus canadensis buynuzundan düzəldilib. Arxeoloqlara görə buynuz hissəsi odun və ya sümük tutacağına birləşdirilib. Bütün qar kürəkləri tutacaqdan və çömçədən ibarətdir. Bəzən onları əlaqələndirən sap ola bilər, ancaq başqa qar kürəklərində tutacaq birbaşa çömçəyə bağlıdır. Bir çox qar kürəkləri qarı itələmək və ya qaldırmaq üçün dizayn edilib, ancaq bəziləri hər ikisin edə bilər. Bəzi qar kürəyi çömçələrinin itilənmiş ağızları var və bu, buz parçalarını parçalamağa və qaldırmağa kömək edir. Tutacaqlar düz və ya əyri ola bilər.
Əl üstə kimin əli (oyun)
Əl üstə kimin əli Azərbaycan uşaq oyunu. 6-14 5-8 nəfər. Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: - əl üstə kimin əli? Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: «Götürün vurun yalandır». Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki, əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallarıdır. Reanimatologiya və ilk tibbi yardım da daxil müxtəlif sahələrdə tətbiq edilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir.
Beli üstə uzanan xərçəng (rəsm əsəri)
Beli üstə uzanan xərçəng — Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Yaşıl rəngli arxafonda çəkilmiş bu sənət əsəri beli üstə tərsinə uzanmış xərçəngi təsvir edir. Van Qoq Muzeyinə görə əsər 1887-ci ilin avqust-sentyabr aylarında, digər mənbələrə görə isə 1889-cu ilin əvvəllərində çəkilmişdir. Hündürlüyü 38 sm, genişliyi 46.5 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Rəsm əsəri Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.